Ziyafət Tovuzlu – yeni şeirlər… FOTO

        KEÇMƏDİ VALLAH

Keçər demişdilər, keçmədi vallah,
İşlədi lap qana,iliyə kimi.
Dərdimi dağ etdim dağlardan böyük.
Bıçaq da dirəndi, sümiyə kimi.

Yaxşı olar deyə təsəlli etdim,
Aldatdım özümü,elə min dəfə.
Sən demə arsızmış bəxtimin üzü,
Nədən güləmmədi?-axı bir dəfə…

Mən ki, deməmişdim yaxşıya yaman.
Qorxub çəkinmişdim,yaradanımdan.
Taleyin oynuna nədən getmişəm?
Olarmı ömürdən,bu boyda qurban?..

1.03.2023.

 

                DƏRDİM

Özüm-özüm boyda dərdə dönmüşəm.
Gözümün yaşını siləndə dərdim.
Baxçam qəm bitirdi həyat yolumda,
Mən də qol budaqdan kədəri dərdim.

Həyat asan deyil bildim,anladım.
Heyy köks ötürdüm alışdım, yandım.
Bəlkə də gün gələr düzələr sandım
Sən demə arzuymuş, sadəcə dərdim.

Dünyada nə qaldı daha çəkməmiş,
Zülm,əzabmı qaldı,daha görməmiş.
Deməynən hər yerdə məni izləmiş,
Doğuşdan mənimlə doğulan dərdim.

Z.Tovuzlu.

 

QƏM YÜKLÜ BAYATILAR.

Əzizinəm dərdimi
Gəlin bilin dərdimi.
Soruşun bu bəxti kəm
Bağın barın dərdimi?….

Qızınmadım istinə,
Kor qalmışam tüstünə.
Zalım fələk neynədim?
Niyə durdun qəsdimə?..

Qalıb ürək parası,
Varmı görən çarası?
Kürəyimdən vurdular,
Ağırmış dost yarası.

Əziziyəm bəxti kəm
Taleyi kəm,bəxti kəm.
Fələk aman vermədi
Yuva quram, ev tikəm.

Əzizinəm bu dağa,
Ürək dözmür bu dağa.
Qəm əhliyəm mən yazıq
Dərdim dönübdü dağa…

Əzizinəm oyan yar,
Oyan bəxtim,oyan yar.
Nədən yatdın bu qədər,
Deyən qəlbin oyan var.

Mən aşiq ötən deyil,
Acım var itən deyil.
Elə dağ çəkdin fələk,
Ölüncə bitən deyil.

 

         GÜNAHLARIMIZ

Diz çöküb yalvardıq üzü haqqacan,
Nədən doğrulmadı arzularımız?!.
Bəlkə çıxmışıq bəndəliyindən,
Bəlkə də çox imiş günahlarımız.

Haqqı nahaq bilib azmışıq yolu
Almışıq nəfəsi yalanla dolu.
Dünya sərvətinin olmuşuq qulu,
Tuşlanmayıb nəfsə silahlarımız.

Kasıbı xor görüb,yaman daşladıq,
Varlıya əl çalıb, heyy alqışladıq.
İstədik ayılaq…başdan başladıq,
Yedi başımızı qınaqlarımız…

Ziyafət Tovuzlu  – media.info.az