Ziyafət Tovuzlu- Yeni şeirlər…

                   ÜRƏYİMİN 

Dindirməyin,havalıyam a dostlar,
Ağrıyır,yarası var ürəyimin.
Sağalarmı sağalmazmı bilmirəm,
Qırılıb,parası var ürəyimin.

Ata dərdi,ana dərdi qor oldu,
Bu bədənə neçə yara vuruldu.
Vallah deyən,qovrulmaqdan yoruldu,
Bilmirəm,harası var ürəyimin.

Zaman dəydi,zalım dəydi xətrimə,
Günlər oldu,küsgün oldum bəxtimə.
Özüm durdum bu ürəyin qəsdinə,
Özüylə,davası var ürəyimin.

    KÜSÜB MƏNDƏN.

Vəfalı dost küsüb məndən,
Heç könlünü alammıram.
Naz qəmzəsi göyə sığmır
Mən də göyə çıxammıram.

Kəlməsində min əda var,
Danışmayır,qadağa var.
Barışmağa sadağa var
Bir yoluna qoyammıram.

Özgələrdən xəbər alıb,
Ziyafəti dərdə salıb.
Dostum məndən gendə qalıb,
Heç özümə sığammıram.

 

DƏRDİMƏ QURBAN OLUM.

Dərdi saldım boynuma,
Şərf yerinə doladım.
Olmadıki sevincim,
Dərdi,dərdə caladım.

Nə etdimsə olmadı,
Aldı məni qoynuna.
Halal olsun dərdimə
Yaman saldı oynuna…

Dərd atdı dəyirmana,
Dən yerinə üyütdü.
Qurban olum dərdimə,
Məni dərdim böyütdü…

 

Ziyafət Tovuzlu.