Ziyafət Tovuzlu: ” DAĞLAR”
DAĞLAR
Əsrlərdən yadigarsan,
İllər ötür,elə varsan.
Ətəyi yaz,başı qarsan
Bənzəyirsən taca dağlar.
Gözəllərin gözü səndə,
Şairlərin sözü səndə.
İgidlərin izi səndə,
Vüqarlısan necə dağlar.
Buz kimidi bulaqların,
Əskilməyir qonaqların.
Ziyafət olub heyranın,
Qocalmırsan,qoca dağlar!