Zaur Bəhramoğlu – Yeni şeirlər

          DÜNYAMIZ
Məna gəzmə dünyada
Mənasızdır bilirsən,
Yaranandan arifə
Kədər,qəmdir dünyamız!
Ağlayanda göz yaşın
Gizlin-gizlin silirsən,
Hər bir zaman səninçün
Əskik,kəmdir dünyamiz!
Yaranandan arifə
Kədər,qəmdir dünyamız!

Qananından,qanmazı
Daim xoşbəxt olubdur,
Qanmayanda,qananda
Özündən iz qoyubdur,
Bu dünyanı anlayıb,
Qanan insan solubdur,
Ömür çıxma,toplama
Daim cəmdir dünyamız!
Yaranandan arifə
Kədər,qəmdir dünyamız!

Bu dünyanı anlayar
Şerlərim kimdədir,
Zaurunda məntiqi,
Mənası şerindədir,
Yaranandan hər kəsə
Öz mahnısın dinlədir,
Mahnısında zamanın
Zildir,bəmdir dünyamız!
Yaranandan arifə
Kədər,qəmdir dünyamız!
30.10.09 

 

       BAĞIŞLAYAN ALLAHDIR!
Vaxtı ilə yaxşı deyib atalar,
Allah böyük,bağışlayan Allahdır!
Dostlar bu sözdə məna tapalar,
Allah böyük,bağışlayan Allahdır!

Nədir bu dünyanın gedən düzəni,
Ğör nələrə vadar edir bir səni,
Gəlin birdə anaq bunu deyəni,
Allah böyük,bağışlayan Allahdır!

Yaradaraq əhsən dedi insanı,
Səndə tanı böyük,tək yaradanı,
Öləndə də,haqqı,Allahı tanı,
Allah böyük,bağışlayan Allahdır!

Günah etdik bizi dünyaya atdı,
Qüdrətiylə yoxdan varı yaratdı,
Kim dərk etdi o da,haqqına çatdı,
Allah böyük,bağışlayan Allahdır!

Zaurun yaradan olub köməyi,
Keçibdir həyata hər bir diləyi,
Tövbə et,etdiyin günah əməli,
Allah böyük,bağışlayan Allahdır!
02.08.09 

 

            NƏ VAR Kİ?……
Etdiyinlə heyrət etdim mən sənə,
Utanmasan oynamağa nə var ki,….
Həsəd aparıram sənə hər kərə,
Utanmasan oynamağa nə var ki,….

Yalan yerə göz yaşını tökməyə,
Kimə gəldi boş ümüdlər verməyə,
Arsız olsan nə var deyib gülmərə,
Utanmasan oynamağa nə var ki,….

Bilinməyir varlığınla,yoxluğun,
Nə aclığın,nədə sənin toxluğun,
Hörmətini qazanmaqçün coxluğun,
Utanmasan oynamağa nə var ki,….

Söz deməyim hədəridir,hədəri,
Sənin üçün sözün yox ki,dəyəri,
Yox sayaraq dərdi,qəmi,kədəri,
Utanmasan oynamağa nə var ki,….

Bu sevdamız yaşayacaq az gülüm,
Zauruda,vəfasizdır yaz gülüm,
Qış ayını zenn edərək yaz gülüm,
Utanmasan oynamağa nə var ki,….
31.07.09 

       

            SƏNİ YANDIRIR
Bu günümə həsrət-həsrət baxma sən,
İçim məni,çölüm səni yandırır.
Hər işimə bəxtəvərlik çıxma sən,
İçim məni,çölüm səni yandırır.

Baxma mənim hələ çox azdır yaşım,
Heç bilirsən nələr çəkibdir başım?,
Niyə belə ağır olubdur daşım,
İçim məni,çölüm səni yandırır.

Yoxdan xəlq edibdir varı,yaradan,
Bax o mənəm yoxdan var olmuş insan,
İndi bildin bu var,dovlət haradan?
İçim məni,çölüm səni yandırır.

Qəlbim nələr çəkir hardan biləsən,
Mənim iç dünyama gərək gələsən,
İçimdə kədəri,qəmi görəsən,
İçim məni,çölüm səni yandırır.

Zaura saf sevgi qazancdır,kardır,
Məndən üstün sənin çox şeyin vardır,
Görüb demə:”Allah nə bəxtiyardır”,
İçim məni,çölüm səni yandırır.
14.06.09

 

 Zaur Bəhramoğlu – Pressaz.az