Yevlaxda Əlillərin Bərpa Mərkəzi yaxın vaxtlarda istifadəyə veriləcək – VİDEO

Yevlax rayonunda fəaliyyət göstərən Əlillərin Bərpa Mərkəzi təmirdən sonra yaxın vaxtlarda istifadəyə veriləcək.
Pressaz.az Xezerxeber.az-a istinadən xəbər verir ki, Prezidentin tapşırığı ilə dövlət vəsaiti hesabına inşa edilən ikimərtəbəli müasir bina lazımi avadanlıqlarla təhciz edilib. Bərpa mərkəzində 16 yaşdan yuxarı bütün kateqoriyalardan olan əlillərə pulsuz xidmət göstərilir.
Mərkəz Yevlaxda və ətraf rayonlarda yaşayan əlillərə kompleks tibbi-sosial reablitasiya xidməti göstərmək, onların xəstəlikləri nəzərə alınmaqla dietik və rasional qidalanmasının təşkili, müalicə idmanına cəlb edilməsi, onlarda gigiyenik vərdişlərin tərbiyə edilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində işlər görəcək.
14 çarpayılıq bərpa mərkəzində əlillər 2 həftə müayinə və müalicə oluna bilər. Yevlax Əlillərin Bərpa Mərkəzində 18 işçi fəalliyyət göstrəcək. Mərkəzə qəbul Tibbi-sosial ekspert komissiyalarının, müalicə-profilaktika müəssisələrinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndərişlərinə əsasən həyata keçirilir.
Qeyd edək ki, 2009-cu ildə istifadəyə verilən mərkfəz bir müddət əvvəl təmirə dayanmışdı.
Xezerxeber.az-a mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: