Yazıçı-dramaturq Aygün Həsənoğlu: “ROMANTİK OLMAQDAN QORXMAYIN, O, SİZİ YALNIZ İRƏLİYƏ APARACAQDIR”!…

Tanınmış yazıçı-dramaturq, publisist  Aygün Həsənoğlu – “Qarabağ geri alınacaq, Qarabağı biz alacağıq!” deyəndə məni “romantik” adlandırırdılar.” başlığı altında öz facebook səhifəsində paylaşım edib:

“Sovet ədəbiyyatşünasları ədəbiyyatda romantizmi tənqid hədəfinə çevirir, romantikləri real həyatdan uzaq düşməkdə günahlandırırdılar.

Halbuki, bəşəriyyətin inkişafı məhz romantiklərin sayəsində olub. İnsanlar bir quş kimi uçmağın xəyalını qurmasaydılar, təyyarələr yaranmazdı. Sehrli güzgü xəyalını yaratmasaydılar televizor, hətta müasir mobil telefonlar yaranmazdı.
Romantik eşqlər olmasaydı, yüz illərlə oxunan və sevilən eşq dastanları, əsərləri yaranmazdı…

ROMANTİK OLMAQDAN QORXMAYIN, O, SİZİ YALNIZ İRƏLİYƏ APARACAQDIR!…”

 

Aygün Həsənoğlu -Pressaz.az