Yazar Etibar Həsənzadənin Vətən Uğrunda və digər kitabları İstanbul Rami Kütüphanesine təqdim edildi – FOTO
Yazar Etibar Həsənzadənin Vatan Uğrunda, Mən Şəhid Olacam Ana, Duyğular Dinsin, Kəsişən yollar və Bir həyat romanı adlı kitabları Yazar Etibar Həsənzadənin Türkiyədəki Könül Elçisi Mustafa Nazilli bəy tərəfindən İstanbul Rami Kütüphanesine təqdim edildi.
Bu barədə Yazar Etibar Həsənzadə öz rəsmi sosial media hesablarinda məlumat verib.
Qeyd edək ki Vətən Uğrunda adlı kitabı 44 günlük Qarabağ müharibəsində iştirak edən Daşkəsən rayonunun Şəhidləri qaziləri və döyüşçülərinin həyat və döyüş yollarından bəhs edir
İkinci Mən Şəhid Olacam Ana adlı kitabı isə Aprel şəhidimiz Emin Bağırovun timsalında Aprel döyüşlərinin tam tarixi analizi olan kitabidir Digər Kəsişən Yollar və Duyğular dinsin adlı kitablari Yazar Etibar Həsənzadənin Vətənpərvərlik ruhunda və müxtəlif mövzularda yazdığı şeirlərdən və hikayələrdən ibarətdir.
Bir həyat romanı adlı kitabı isə Taykvando idmanı ilə məşğul olan bir idmançının həyatından bəhs edir.
Göstərdiyi diqqətə və Dəstəyə görə Yazar Etibar Həsənzadə İmanlı Vatan Evladi Derneği Genel Başkanı Mustafa Nazilli bəyə və Rami Kütüphanesinin Müdür Yardımçısı Volkan Gülçek bəyə təşəkkürünü bildirmişdir.
Media.info.az – Könül Səssiz