Yazar Etibar Həsənzadənin “Vətən Uğrunda” adlı kitabı Teknofest-də təqdim olundu – FOTO

Yazar Etibar Həsənzadənin “Vətən Uğrunda” adlı kitabı Teknofest-də təqdim olundu – “Xudafərin BHOS” komandası bürünc medal qazandı.

Media.info.az xəbər verir ki, mayın 1-dən 4-dək Kuzey Kıbrıs Türk Cümhuriyyətində keçirilmiş Teknofest Uzay, Havacılık ve Teknoloji Festivalında Azərbaycanın uğuru və mənəvi dəyərləri bir arada nümayiş olunub. Festival çərçivəsində yazar Etibar Həsənzadənin 44 günlük Vətən Müharibəsində iştirak edən Daşkəsənli şəhid və qazilərimizin döyüş yolundan bəhs edən “Vətən Uğrunda” adlı kitabı da nümayiş etdirilib. Eyni zamanda festivalda iştirak edən və ölkəmizi layiqincə təmsil edən Azərbaycan Xudafərin BHOS komandası böyük uğura imza ataraq bürünc medal qazanıb. Komandanı səmimi qəlbdən təbrik edən Etibar Həsənzadə, daha böyük uğurlar arzuladığını bildirib.

Yazar kitabının təqdiminə icazə verən və Teknofest festivalının keçirilməsində əməyi olan şəxslərə də təşəkkürünü çatdırıb:

  • Türkiyə Cümhurbaşqanı sayın Recep Tayyip Erdoğana,
  • Teknofestin təşkilində böyük rolu olan sayın Selçuk Bayraktara,
  • Baykar Teknoloji şirkətinin baş direktoru sayın Haluk Bayraktara,
  • Türkiyə Teknoloji Takımı Vəqfinin başqanı sayın Elvan xanıma,
  • İmanlı Vatan Evladi Derneğinin Genel Başkanı Etibar HəsənzadəninTürkiyə dəki  Gönül Elçisi sayın Mustafa Nazilli bəyə,
  • “Xudafərin BHOS” komandasının baş məsləhətçisi Aysel Məmmədovaya,

Komanda üzvləri Elnur İslamov, Elnur Məmmədov, İlham Kərimli, Nihad Səfərli və Nəzirin Əfəndiyevaya xüsusi minnətdarlığını ifadə edib.

Qeyd edək ki, komandanin layihəsi Dəniz və okean suyundan çevrəyə daha az zərər verəcək şəkildə və daha az xərclə litum istehsal etməkdir.