Xeyriyyəçilik aksiyalarına start vermiş tanınmış idmançı, fitnes məşqçisi Kamil Zeynallı bu nəcib ənənəni davam etdirməkdədir

Koronavirus pandemisyasının ölkəmizdə müşahidə edildiyi ilk günlərdən xeyriyyəçilik aksiyalarına start vermiş tanınmış idmançı, fitnes məşqçisi Kamil Zeynallı bu nəcib ənənəni davam etdirməkdədir.
Pressaz.az-ın məlumatına görə, karantin günlərində işləyə bilməyən və bu səbəbdən pulsuz qalan ailələrə yardım etməklə insanların rəğbətini qazanmış idmançı bu günlərdə Ucar rayonunun Yuxarı Şilyan Kəndində 300 ailəyə ərzaq yardımı paylayıb. Kamil Zeynallı bununla bağlı paylaşdığı videogörüntüdə bildirib ki, Ucar rayonunun Yuxarı Şilyan kəndində doğulub-böyümüş Natiq adlı şəxsin maliyyə dəstəyi ilə baş tutmuş aksiyada məqsəd ehtiyacı olan şəxslərə yardım etməklə ölkə prezidentinin siyasətinə dəstək nümayiş etdirməkdir.
