XANOĞLAN ƏSGƏROV: O SƏNLİ GÜNLƏRİN HƏSRƏTİNDƏYƏM

O SƏNLİ GÜNLƏRİN HƏSRƏTİNDƏYƏM!

Yenə kövrəlmişəm, kövrək teldəyəm,
Dərin xəyallarda, yerdə, göydəyəm.
Məni xatirələr alıb qoynuna,
Sənsizəm ay gözəl, sənsizlikdəyəm,
O sənli günlərin həsrətindəyəm.

Getmir gözlərimdən o sənli günlər,
Səninlə bəxtəvər olduğum illər.
Sənsiz bu ürəyim, yanar, hey inlər,
Sənsizəm ay gözəl, sənsizlikdəyəm,
O sənli günlərin həsrətindəyəm.

Həsrətdən ürəyim bulud tək dolub,
Ağarıb saçlarım, rəngim də solub.
Sənin yollarında gözlərim qalıb,
Sənsizəm ay gözəl, sənsizlikdəyəm,
O sənli günlərin həsrətindəyəm.

Bu dünya, bu həyat gözümdə heçdir,
Yatağım sənsizdir, sanki bir daşdır.
O təmiz sevgimiz, mənə yoldaşdır,
Sənsizəm ay gözəl, sənsizlikdəyəm,
O sənli günlərin həsrətindəyəm.

Sənsiz bu yaşamaq çox çətin mənə,
Daha yox həyatda bir yaxın mənə.
Ayrılıq yaraşmır nə sənə, mənə,
Sənsizəm ay gözəl, sənsizlikdəyəm,
O sənli günlərin həsrətindəyəm.

Yatmayıb ürəyim, oyaqdır yenə,
Qayıt o sevginlə, qayıt gəl mənə.
Ağlayır ürəyim, ovunmur yenə,
Sənsizəm ay gözəl, sənsizlikdəyəm,
O sənli günlərin həsrətindəyəm.

Nədən mən təsəlli alım, de nədən,
Sən idin dayağım, qəlbimə həmdəm.
Xan səni vəsf edir ürəkdən, qəlbdən,
Sənsizəm ay gözəl, sənsizlikdəyəm,
O sənli günlərin həsrətindəyəm.

YAŞAMAQ ŞEİRDİR, DÜNYA ŞEİRDİR

Dünyanı dərk eylə, ol ondan halı,
Üzlərdə nur yoxsa neynirəm xalı.
Arının yığdığı o məlhəm balı,
Düşünüb dərk etsən o da şeirdir.
İlahi varlığı bil, bunu deyir,
Yaşamaq şeirdir, dünya şeirdir.

Ürəklər şeirdir, qəlblər şeirdir,
Gözlər də şeirdir, sözlər şeirdir.
Dərk etsən dünyanı, duysan insanı,
Dünya da, insan da özü şeirdir.
İlahi varlığı bil, bunu deyir,
Yaşamaq şeirdir, dünya şeirdir.

İlahi varlığa hörmət eyləyin,
Düşünüb dərk edin, diqqət eyləyin.
Günəşin çıxması, ayın batması,
Səması, ulduzu, yeddi göy qatı,
Gecəsi, gündüzü sirli şeirdir,
Yaşamaq şeirdir, ölmək şeirdir.

Baxma şeriyyata heç vaxt əyləncə,
Oxu, öyrən onu, öyrən gizlincə.
Dərk edib görərsən ilahi varlıq,
Əbədi sevərsən onu ölüncə.
İlahi varlığı bil, bunu deyir,
Yaşamaq şerdir, dünya şeirdir.

Bir vaxtlar baxardım ötəri ona,
Dərk etdim varlığı, əl açdım ona,
Dözmərəm bir kimsə şerə toxuna,
Kamanda atdığım yayım şeirdir.
İlahi varlığı bil, bunu deyir,
Yaşamaq şeirdir, dünya şeirdir.

Vuruldum şeirə, oldum Məcnunu,
Yazdım mən kitablar, çox sevdim onu.
O müqəddəs Quran, on iki imam,
Şeirlə vəsf olur, sev onu, tanı.
O böyük yaradan bil, bunu deyir,
Yaşamaq şeirdir, dünya şeirdir.

Dərk edib söyləsən gözəl bu şeir,
Hər kəs eşidərsə afərin deyir.
Allahı, imamı vəsf edir şeir,
Bunu ülamalar, mövlalar deyir.
İlahi varlığı bil, bunu deyir,
Yaşamaq şeirdir, dünya şeirdir.

İlahi pay verdi bu səhər mənə,
Yenə mən götürdüm qələmi ələ.
Yazdım gələn payı, açdım əlimi,
Şükür edə-edə qaldırdım göyə.
İlahi varlığı bil, bunu deyir,
Yaşamaq şeirdir, dünya şeirdir.

Şeir dünyasında yaşayıram mən,
Dövlətim ağ kağız, bir də ki qələm.
Yazanda bir şeir mən oluram mən,
Xan, sən yaz, yarat, Allaha güvən.
İlahi varlığı bil, bunu deyir,
Yaşamaq şeirdir, dünya şeirdir.

ŞÜKÜR OLSUN

Xəlq etmisən bu dünyanı,
Allah, bizi yaratmısan.
Yaratdığın du dünyaya,
Şükür olsun, şükür olsun.

Fəsilləri dəyişdirən,
İnsanları əks etdirən,
Həm yaradan, həm öldürən,
Fərmanına şükür olsun.

Hər nə varsa xəbərdarsan,
Harda varıq, orda varsan.
Darda olsaq, qurtaransan,
Ədalətli hökümdarsan,
Mərhəmətinə şükür olsun.

Sən biləni bilən yoxdur,
Sən görəni görən yoxdur.
Qəlbin geniş, qəlbin nurdur,
Sən istəsən Günəş çıxmır,
Hər şəfana şükür olsun.

Özüm nədi, sözüm nədi,
Hər saniyəm səninlədir.
Nəfəs aldım, nəfəs verdim,
Qəlbim özü səninlədir,
Yaşatdığın hər anına şükür olsun.

Sən bilənsən, sən adilsən,
Sən sevilən, sən sevənsən,
Həm dağıdan, həm quransan,
Sən dünyaya hökümdarsan,
Göndərdiyin “Quran”ına şükür olsun.

Allah öz bəndələrin görür,
Bəndə hər nə etsə bilir.
Allah sevən zəngin olur,
O istəsə alır, verir,
Hikmətinə şükür olsun.

Xanın sözü daim Allah,
Görməz gözü sənsiz, Allah,
Ürəyimdə arzum Allah,
Daxilimdə qəlbim deyir,
Şükür olsun, şükür olsun.

 

SƏNİN GÖRÜŞÜNƏ GƏLƏN OLMUŞAM

Səni görmək üçün durmuşam sübhdən,
Qorxuram gedərsən məni görmədən.
Günəş də nur saçır sübh çağı tezdən,
Getmə ay gözəlim, məni görmədən,
Sənin görüşünə gələn olmuşam!

Küsmüşdün sən məndən nədən, bilmədim,
Səni çox gözlədim, niyə gəlmədin?
Məni soruşmadın, mənə yazmadın,
Nədən sən qəlbini mənlə bölmədin?
Sənin görüşünə gələn olmuşam!

Fikirdə-xəyalda səni axtardım,
Səninlə danışdım, səninlə oldum.
Gecəni ürəkdə səninlə yatdım,
Bu səhər sən məni özün oyatdın,
Sənin görüşünə gələn olmuşam!

Sanma çox asandır sənsizlik mənə,
Söylə günahımı! Nə dedim sənə?
Deyirəm bu sozü mən dönə-dönə:
Sevirəm mən səni, sevirəm yenə,
Sənin görüşünə gələn olmuşam.

Yoruldum həsrətdən, mən tənhalıqdan,
Səni arzuladım Uca Tanrıdan.
Çağır oyat məni hər səhər tezdən,
Xan necə ayrılsın xumar gözlərdən,
Sənin görüşünə gələn olmuşam!

 

Pressaz.az