Vidadi Hidayət: Hidayət yolunun nuru ilə SÖZ haqqında düşüncələrim
Rəhman və Rəhim olan Allahın adı ilə
Allah verən paydı söz,
Haraydı,haydı söz.
Eşqimizi yaydı söz,
Saf insana taydı söz.
Tahir Hüseyn
(Əvvəli 03 , 11 , 28 iyul 2021-ci il )
“Saf insana taydı söz”-Bu fikrin izahına gəldikdə saf insanın kim olduğunu bilməliyik. Nəfs paklaşaraq ruh kimi olduqda insan qəlbinin nəfsani qapıları bağlanır, insanın beyinlə yaddaşla bağlı danışıqları azalır və yox olur. Bu vaxt insan beyni ruhunun təsiri altına keçir. Bu andan sonra danışdıqları sözlər ruhdan qaynaqlandığı üçün Allah (c.c) verən paydır, ilk yaradılışda Adəm (ə)-a öyrədilən sözlərdir, anlamlardır. Yer kürəsində yaşayan bütün insanların həqiqi SÖZ, haqq SÖZ danışması üçün hər kəs saflaşmalı,nəfsini islah etməli, hidayət tapmalıdır. Başqa cür yolu yoxdur. Yoxsa heç vaxt tam anlaşma olmayacaq.
“Onlar (dünyada) təmiz (pak) sözə (La İlahə İllallah) yaxud (“Quran”a) müvəffəq olmuş, həm də Allahın bəyəndiyi yolla (islama) yönəldilmişlər.(“Quran” Həcc 24).
İlk yaradılışa qayıdaraq Allah verən “SÖZƏ” nail olmaq üçün heç kəs deyə bilməz ki, Yaradanımız bizə heç nə verməmişdir.
“(Həzrəti Musa)Bizim Rəbbimiz hər şeyə yaradılışını lütf edən (ehsan edən) sonra da hidayət edəndir. (“Quran” Taha 50).
Bu qədər sübutlar göstərir ki, Yer kürəsində bütün insanların tam bir-birini anlaması saflaşması insanın hidayəti, Allaha (c.c) bəndə olması hesabına mümkündür.
Qeyd etmək istəyirəm ki, bu bir bənd şeir Allah (c.c) tərəfindən Tahir Hüseynə yazdırılandır.Bunu bilməliyik.
Bizim danışdıqlarımız sözlərin əksəriyyəti o,saf SÖZÜN içərisindədir… Bütövlükdə isə o SÖZ saf insana taydır. Yalnız saf insan o “SÖZÜN” batinini bilər və anlayar…
Vidadi Hidayət- Pressaz.az