Üzeyir Hacıbəyli Telefestivalı keçiriləcək

Bugün dahi bəstəkar Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanına əsasən, bu münasibətlə hər il silsilə tədbirlər keçirilir.
2009-cu ildən etibarən hər il Mədəniyyət Nazirliyi tərəfindən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı təşkil olunur. Bu il, məlum olduğu kimi, bütün dünyanı cənginə alan koronavirus pandemiyası ilə əlaqədar ökəmizdə karantin rejimi tətbiq olunur. Karantin rejiminin yaratdığı mövcud vəziyyəti nəzərə alaraq, Üzeyir Hacıbəylinin 135 illiyi münasibətilə bu il Telefestival keçiriləcək. Festival Mədəniyyət Nazirliyi və AzTv-nin “Mədəniyyət” kanalının birgə layihəsidir.
Festival sentyabrın 19-dan 30-dək keçiriləcək və “Mədəniyyət” kanalında yayımlanacaq.
Mənbə: mct.gov.az