Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş şeirlər
Ulu bir sərkərdə, ulu bir öndər.
Müəllif: Qabil Ədalət
Gəlişinlə qurtulubdur bu vətən,
Sən oldun bu xalqa ümid və güvən.
Sən oldun dar gündə köməyə yetən,
Ulu bir sərkərdə, ulu bir öndər.
Ucaltdı hər yerdə bayrağımızı,
Yazdı tarixlərə ad- sanımızı.
Tanıtdı dünyada varlığımızı,
Ulu bir sərkərdə, ulu bir öndər.
Hara baxırsansa nişanələri,
Özündən sonrakı abidələri.
Bizləri tərk etmir xatirələri
Ulu bir sərkərdə, ulu bir öndər.
Heydər adı dastanlara çevrildi,
Onun qüdrətini yer üzü bildi.
Allah onu yurdumuza yetirdi,
Ulu bir sərkərdə,ulu bir öndər.
Zəhmətiylə dirçəltdi yurdunu,
Gücləndirdi yenilməyən ordunu.
Ödəyibdir min rəhbərin borcunu,
Ulu bir sərkədə,ulu bir öndər
Bu idi məqsədi vətən ucalsın,
Oğulları düşmənləri dağlasın.
Analar gözünü sevinc ağlatsın,
Ulu bir sərkərdə, ulu bir öndər.
Əlindən gələni xalqına etdi,
Ağ günə çıxarıb dünyadan getdi.
Qomadı desinlər yolunuz bitdi,
Ulu bir sərkərdə, ulu bir öndər.
Özündən sonra bir davamçı qoydu,
Onunda bu yolu heydər yoludu.
Haqqa qovuşsada xalqın düşünər,
Ulu bir sərkərdə, ulu bir öndər.
Axtarır səni
Müəllif: Həsən Şirinov
Nə müddətdir könlüm yaman darıxır,
Gözlərim hər yanda axtarır səni.
– Xəyalım dolanır göylərə qalxır,
Göylərin qatında axtarır səni!
Ey ulu öndər!
Bu bir ayrılıqdır, sonu görünməz,
Sirli dünyamızdır, yolu bilinməz,
Ora gedən bir də geriyə dönməz,
Tanrı dərgahında axtarır səni!
Ey ulu öndər!
Xalqını çıxartdın ağ günə, demək,
Bəhərin dadmağa qoymadı fələk,
Dövlətə, xalqına İlhamdır gərək!
Onun timsalında axtarır səni!
Ey ulu öndər!
Ha qaçım, çalışım ta sənə yetməm,
Sənsiz bu həyatda mən bir yetiməm,
Çətin ki, bir daha ürəkdən güləm,
Həsən bu halına axtarır səni!
Ey ulu öndər!
Dədə Heydər – Atatürk
Müəllif: Xəlil Rza Ulutürk
Azadlıq Allahı tək əyləşib öz yerində,
Yerin-göyün nuru var peyğəmbər gözlərində.
Sadəliyi nur saçır, əzəməti dərində.
Gedir polad çiyində
Kəpəz, Qoşqar boyda yük.
Dədə Heydər – Atatürk!
Dərin mavi gözləri sakit yanan od-ocaq,
Alovunda satqınlar yanacaq, kül olacaq.
Qaranlıqda işıqlar – o işığa yol açacaq.
Məsləki varlığımdan böyükdür,
min qat böyük,
Böyüklük heykəlidir
Dədə Heydər – Atatürk!
Dörd tərəf qar, sərt qış – o, gülü yazdır,
Dinc, mülayim səsi də qaynar bir ehtirasdır.
Ərzurumdan Xəzərə Şığıyan Xan Arazdır.
Dalğasında dönüklər
ağ köpükdür, boz köpük.
Dalğalanır nəhr tək
Dədə Heydər – Atatürk!
Vətən oğlu
Vətən oğlu, ata oldun bizə sən,
Ata kimi qayğımızı çəkirdin.
Şair kimi həssas idin sözə sən,
Danışıqda sözdən sözü çəkirdin.
Ölkə olduq sən arzuna çatanda,
Bir əlin od, bir əlin su olurdu.
Millət rahat xumarlanıb yatanda,
Yuxun bir an quş yuxusu olurdu.
Yurdumuzda şan-şöhrətli hər nə var
Yatmadığn günlər, aylar, illərdi;
Ziyarətə gəlir səni bu yollar…
Göz yaşımız məzarında güllərdi.
Sənin rəmzin Azərbaycan bayrağı,
Baş qoymağa, can verməyə hazırıq.
Dan ulduzum – yurdumuzun mayakı,
Şer də bir təsəllidir, yazırıq.
Adın-sanın yenilməz bir ordudu,
İndi odlar diyarının özüsən…
Azərbaycan Heydərlərin yurdudu,
Gələcəyə baxanların gözüsən.
O bizimlədir
Dəyişdi Prezident öz dünyasını
Özü yox olsa da əməlləri qaldı.
Fikri-düşüncəsi iş görür hələ
Əcəl, qarşısında hələ ki, laldır.
Qurduğu zavodlar, tikdiyi evlər
Dil açıb yerbəyer “Heydər” dedilər.
Gecəsi nurlanan bizim şəhərə
Daşları nur saçan gövhər dedilər.
Metrolar, körpülər onun zəhməti,
Uzanan elbəel onun eşqidir,
Yaxın şəhərlərə, uzaq ellərə
Bu uzun yollarla şöhrəti gedir.
Heydərin əlləri bərəkətlidir,
Artır günü-gündən şöhrətimiz də,
Bu gün quş iliyi, axtarsan əyər,
Təmiz ceyran südü tapılar bizdə
Dəyişdi Prezident öz dünyasını,
Mərmər abidəsi bağça-bağdadır,
Heydərin idrakı əbədi yaşar
Hələ öyünməli il qabaqdadır.
Heydərdi
İllər, sizi hələ cavan saxlayıb,
Keşiyində durduğunuz Heydərdi.
Millət üçün gəncliyini hifz edib,
Düşmən bağrı yardığınız Heydərdi.
İndiki tək keçən illər gözəldi,
Görürsünüz necə Heydər gözəldi.
Günortanın günü qədər gözəldir,
Ömürdən pay verdiyimiz Heydərdi.
Kiçik ölkə bu qüdrətlə genişdi,
Millət üçün qitələrlə döyüşdü.
Nə ömrə qış, nə əhvala qar düşdü,
Yaz seyrinə vardığımız Heydərdi.
O yenilməz, hələ cavan bir kişi,
Şax görkəmli, təravətli gülüşü
Şir nərəsi, cavan pələng gərdişi,
Sizdən öndə gördüyümüz Heydərdi.
Dinclik bilmir min səhərin eşqinə,
Çağla, şair, nəğmələrin eşqinə.
Hər könüldə hər səfərin eşqinə,
Heykəlini qurduğumuz Heydərdi.
Məbədinə diz çökmədi şöhrətin,
Ehramına səcdə qıldı xidmətin.
Sayəsində qədirbilər millətim,
Xoş dövranlar sürdüyümüz Heydərdi.
Abidəsi neçə-neçə kənd, şəhər,
Geniş yollar, imarətlər, körpülər.
Kükrəməsin məramı bəd körpələr,
Arxasında durduğumuz Heydərdi.
Çox göz qoyub zirvələrdən göylərə,
Çəkdi bizi, çəkdi yerdən göylərə.
İdrakıyla üfüqlərdən göylərə.
Qalxıb, qanad gərdiyimiz Heydərdi.
Təmənnam yox, gərək təbi tərpədib,
Bu nəslin hər pələngini vəsf edəm.
Gecə-gündüz qəlbimizdə taledən,
Heydərini sorduğumuz Heydərdi.
Nə eşqində, nə qəlbində qorxu var,
Qüdrətində vətən tapıb ilk bahar.
Məhbubələr, gül ismətli xanımlar,
Adına gül dərdiyiniz Heydərdi.
Məhəbbətdir, səadətdir əlləri,
Onda vüqar, onda gənclik illəri.
Ondan alıb öpdüyünüz gülləri,
İpək telə hördüyünüz Heydərdi.
Mən nə deyim “baba” deyən dillərə?
Hələ çox var o siz deyən illərə.
Heydər ki var, xəbər olsun ellərə,
Gəncliyində gördüyümüz Heydərdi.