Üç ildən artıqdır ki, Azərbaycan mühüm qaz təchizatçısına çevrilib. – FOTO
Üç ildən artıqdır ki, Azərbaycan mühüm qaz təchizatçısına çevrilib.
Azərbaycan Avropanın enerji təhlükəsizliyin təmin olunmasında əvəzedilməz ölkələrdən biridir. Ona görə də Azərbaycanın iştirakı olmadan “Avropa Siyasi Birliyi” Zirvə toplantısında enerji təhlükəziliyi sahəsində müzakirələrin aparılması əhəmiyyətsiz olardı. Bu gün ölkəmiz Avropanın bir neçə ölkəsinə qaz ixrac edir. Avropa İttifaqı ilə Azərbaycan arasında bağlanan razılaşmalara görə, bir neçə il ərzində bu tədarükün həcmi daha da artırılmalıdır. Rusiya–Ukrayna müharibəsinə görə Avropanın özünün enerji təhlükəsizliyini təmin etdiyi vasitələr məhdudlaşıb. Ukrayna ərazisindən keçərək Macarıstana, Sloveniyaya və Avstriyaya gedən Rusiya qazını ilin sonunda kəsəcəyini bəyan edib. Bu da Şərqi Avropa ölkələri üçün enerji təhlükəsizliyi sahəsində əlavə olaraq böyük gərginlik yaradacaq. Prezident İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirakı, “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxışı xüsusi diqqətdə oldu. Dövlət başçısının Zirvə toplantısı çərçivəsində Oksfordda qarşı tərəflərin müraciətlərinə əsasən Lüksemburq Böyük Hersoqluğunun Baş naziri Lyuk Friden, İsveçrə Konfederasiyasının Prezidenti Viola Amherd, Macarıstanın Baş naziri ViktorOrban, Litva Prezidenti GitanasNauseda, Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb və Çex Respublikasının Baş naziri PetrFiala ilə görüşləri oldu. Prezident İlham Əliyev “Enerji və bağlantı” mövzusunda dəyirmi masadakı çıxışında Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsini şərtləndirən amilləri diqqətə çatdırdı. Prezident İlham Əliyevin dəyirmi masada söylədiyi “enerji sahəsində Bakıda müəyyənləşdirdiyimiz strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Biz bu hədəfə doğru irəliləyirik. 2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir. Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırmışdır. Bu, çox böyük məsuliyyətdir və əlbəttə ki, biz yalnız Avropaya 2027-ci ilə qədər ildə 20 milyard kubmetr qazla təchiz etmək üzrə öz öhdəliyimizi yerinə yetirmək üçün əlimizdən gələni etməyə çalışırıq. Bu, bizim hədəfimizdir. Bizim resurslarımız və infrastrukturumuz var. Yeni tərəfdaşlarla, əsasən Sloveniya və Slovakiya ilə danışıqlar prosesini sürətləndirməliyik, həmçinin mövcud bazarlara qaz təchizatımızın artırılması üzərində çalışmalıyıq” fikirləri Avropa ölkələri üçün böyük dəstəkdir. Ölkəmiz enerji sahəsi ilə yanaşı nəqliyyat–kommunikasiya sahəsində də böyük imkanlara malikdir, bu istiqamətdə böyük işlərə rəhbərlik edir. Bu gün dünyada gedən müharibələr, siyasi və hərbi münaqişələr səbəbindən Şərq–Qərb ticarət yolları bağlanmaq üzrədir. Lakin Azərbaycan dünyaya iki qitəni birləşdirəcək təhlükəsiz, qısa, şaxələnmiş Orta Dəhliz marşrutunu təklif edir. Prezident İlham Əliyevin siyasəti beynəlxalq enerji və ticarət yollarının keçdiyi ərazilərdə sabitliyin qorunmasına, regionun başqa qüvvələrin münaqişə mərkəzinə çevrilməməsinə yönəlib. Bunun nəticəsində ölkəmiz təkcə özünün deyil, Cənubi Qafqazın, Mərkəzi Asiyanın siyasi və hərbi, Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi çıxış edir. Bu da Azərbaycana beynəlxalq münasibətlərin, sadəcə, iştirakçısı deyil, qurucusu, istiqamətverici qüvvəsi olmaq imkanı verib. Dövlət başçısının söylədiyi kimi, davamlı və sabit əməkdaşlıq üçün bütün lazımi amillər mövcuddur. Azərbaycanın lazımi resursları və infrastrukturu var, habelə daha da inkişaf etdirilir. Tarixi nailiyyətdən söz açan dövlətimizin başçısı bildirdi ki, 20 il ərzində Azərbaycan tarixdə ilk dəfə olaraq Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər təşəbbüsü ilə çıxış etdi və qonşuları ilə birlikdə onu istismara verdi.
Azərbaycanın nefti həssas nöqtələrə nəql olunur. İndi Azərbaycan neftini Aralıq dənizində Türkiyənin Ceyhan limanından müxtəlif təyinat nöqtələrinə, o cümlədən Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edir.
Əlamətdar statistikaya gəlincə bəzi ölkələrdə Azərbaycan xam neftinin istehlakı onların tələbatının 50 və ya daha çox faizini təşkil edir.
Çıxış zamanı Azərbaycanın etibarlı təchizatçı olduğu vurğulanıb. Azərbaycan tarixdə bir ilkə imza ataraq Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəməri istismara verib. Ölkəmiz üç ildən artıqdır ki, mühüm qaz təchizatçısına çevrildiyidə qeyd olunub.
Bütün bu uğurlar Azərbayca qazının dünya bazarına çıxarılması xalqımızın gələcəyinə planlaşdırılmış uğurlu siyasətin nəticəsidir.
Niyaməddin Əsgərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini.