Türkiyəli məşhurlardan Azərbaycana DƏSTƏK

Ermənistanla Azərbaycan arasında cəbhə xəttində yaşanan hadisələrlə əlaqədar Türkiyənin tanınmış şəxsləri Azərbaycan-Türkiyə bayraqlarını paylaşaraq, ölkəmizə dəstək göstəriblər.
Pressaz.az Kult.az-a istinadən dəstək verən tanınmışların bir neçəsini təqdim edir:
Müğənni Seda Sayan: Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir!
Muğənni Doğuş: Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir!
Müğənni Serdar Ortac: İki dövlət, bir millətik. Ermənistanın Azərbaycana hücumlarını şiddətlə qınayırıq. Şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirik.
Müğənni İntizar: Can cana
Müğənni Mustafa Ceceli: Vaxtı çatıb. Allah zəfər nəsib etsin!
Müğənni Alişan: Hər şey Vətən üçün, hər şey Qarabağ üçün. Hər şey cəbhə üçün, hər şey qələbə üçün!
Müğənni Dəniz Seki: Biz iki dövlət, tək millətik!
Müğənni Safiyə Soyman: Qardaş ölkəmiz Azərbaycan!
Aktirsa Seren Serengil: Dostunuz dostumuz, düşməniniz düşmənimiz, üzüntünüz üzüntümüz, sevinciniz sevincimizdir. Xarakterli dostlar belə olur. İki dövlət, tək millətik. Bizimlə kimsə dava etməsin, etməyə qalxmasın!
Müğənni Hilal Özdəmir: Sizlərləyik, ey Azərbaycan Vətən igidləri. Allah sizləri Qorusun (Azərbaycan dilində paylaşım edib)!
Aktyor İsmayıl Filiz: Ermənistanın Azərbaycanda mülki vətəndaşlara qarşı hücumunu şiddətlə qınayıram. Can Azərbaycanın yanındayıq. Hücumlarda həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Azərbaycan xalqının və ordusunun daim yanındayıq.