Türkiyəli məktəbli qızın Azərbaycan sevgisi hamını qürurlandırdı

Türkiyənin Van vilayətinin 12 yaşlı sakini İsranur İşləyən adlı məktəbli qız Azərbaycan Ordusuna yardım edib.
O, planşet almaq üçün yığdığı 36 lirəni Azərbayacana göndərib.
Pressaz.az Xezerxeber.az-a istinadən xəbər verir kilə, Azərbaycana olan sevgisini özünəməxsus şəkildə ifadə edən məktəbli qız Prezident İlham Əliyevə məktub da yazıb.
Atası Mehmet İşləyən deyir ki, Azərbaycanı çox sevir və uğrunda ölümə də gedər. Elə Vətən sevgisi də İsranura ondan keçib.
İsranurun bu təşəbbüsü Azərbaycanda da cavabsız qalmayıb. ASAN könüllüləri onun bu əməlinə qarşılıq olaraq İsranura iki planşet hədiyyə ediblər.