Türkiyə Prezidenti: Azərbaycanlı qardaşlarımızı tək buraxmadıq, buraxmayacağıq!

Ermənistanın Azərbaycana qarşı hücumları zamanı azərbaycanlı qardaşlarımızı tək buraxmadıq, buraxmayacağıq.
Pressaz.az xəbər verir ki, bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan iyulun 21-də Türkiyədə prezident üsul-idarəli hökumət sisteminə keçidin iki illiyinə həsr olunan geniş toplantısında səsləndirib. Dövlət başçısı deyib ki, Türkiyənin bu mövqeyi dəyişməzdir.