Tovuzda 10 yaşlı qızın öldürülməsi ilə bağlı YENİ FAKTLAR – VİDEO

Pressaz.az xezerxeber.az-a istinadən xəbər verir ki,   Tovuzda təxminən 2 ay əvvəl itkin düşmüş 10 yaşlı qızın meyiti tapılıb.Valideynlərin sözlərinə görə atılan meyit sonradan yandırlıb.Hadisə ilə əlaqədar Daxili Işlər,Ədliyyə,Səhiyyə nazirliklərinin və Baş Prokurorluğun əməkdaşları Tovuz rayonuna ezam olunublar.

2 ay əvvəl itkin düşən 10 yaşlı qızın meyiti tapılıb. 2019-cu il noyabrın 21-də itkin düşən Tovuz rayon sakini, 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının meyti Dondar Quşçu kəndində yandırılmış halda aşkarlanıb.

Hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin təcrübəli əməkdaşları Tovuz rayonuna ezam olunublar.

Ölən uşağın Valideynlərinindediyinə görə meyit ora atılandan sonra yandırılıb.Yaxınlıqdakıadamlaralovu görən kimisöndürüblər.

Hadisə yeri müayinə edilib və iş üçün zəruri olan bütün maddi sübutlar götürülüb.Azyaşlının meyiti ərazidən götürülərək ekspertizaya göndərilib. Baş Prokurorluğun yaydığı xəbərə görə,aparılmış araşdırmalarla onun qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin ”təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə” maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.