“Toppuş bacı”nın canlı yayımda ürəyi getdi – VİDEO

Əməkdar artist Tünzalə Əliyevanın teleaparıcı Zaur Baxşəliyevin təqdim etdiyi “Bizimləsən” verilişinin canlı yayımında halı pisləşib.

Pressaz.az Oxu.Az -a istinadən xəbər verir ki, aktrisa özündən gedib.

Onu dərhal studiyadan çıxarıblar və tibbi yardım göstəriblər.

Bildirilib ki, Tünzalənin təzyiqi aşağı düşüb, o, hazırda həkim nəzarətindədir.