TOFİQ BEHBUDOV – ÖZÜMLƏ APARIM

 

“ÖZÜMLƏ APARIM,,
Sənin gülüş payını, qoy özümlə aparım,
Bağçada köklü gülsən, necə səni çıxarım.
Açılmayan qönçəsən, qıymıram ki, qoparım,
Ömrümün günlərində, sən olasan baharım,
Sənin gülüş payını, qoy özümlə aparım.

Səni heç vaxt qəlbimdə biləsən unutmaram,
Sənin qara gözünə baxmaq ilə doymaram.
Gülüşünü görəndə şadlanıb məst oluram,
Sənin gülüş payını qoy özümlə aparım.

Geyiminə, yerişinə, nazına da söz olmaz,
Rəngin təbiidir, əbədidir o solmaz.
Sənin oynamağını rəqqasələr bacarmaz,
Sənin gülüş payını qoy özümlə aparım.

Gözəlliyin yerində, dilbər qısa saçlısan.
Tofiqin yollarına sən durna çırağısan,
Əllərin yorulmasın, məhəbbətdən yazasan.
Sənin gülüş payını qoy özümlə aparım.

 

Pressaz. Az