Telli Sənəm Borçalı:” YAZIÇI DÜŞÜNCƏSİNİN ÜFÜQLƏRİ”…

Məzmun dolğunluğu və səmimi təhkiyəsi ilə seçilən uğurlu hekayələr və povestlər müəllifidir Qafar Cəfərli.
Bədii söz sənətində məxsusi ikişaf yolu keçmiş, mürəkkəb poetikası ilə seçilən, həmçinin bədii mətn texnaloqiyası baxımından dominantlığını qoruyan ədəbi janr kimi hekayə həmişə aktualdırvə ədəbi prosesə təsir gücünü itirmir. Zaman-zaman janrlararası mübarizədə hekayə öz spesfik cəhətlərini, poetikasının dəqiq elementlərini qoruya bilmişdir.
Mütəfəkkir tənqidçilər hekayəni yazıçının tapıntısı kimi səciyyələndirirlər.
Bununla yanaşı, süjet”tapıntısı”nı bədii tapıntı ilə eyniləşdirmək doğru deyil.
Əslindəilə hekayə ilə romanın poetikasında məkan və zaman stixiyası baxımından böyük fərq yoxdur. Elə hekayə var ki, zaman və məkan sərhədlərinə sığmır. Hekayə zaman və məkan tendemindən daha çox müəllifin həyatı öz dolğunluğu ilə ifadə edə bilməsi bacarığı vacibdir.
Kiçik formada geniş mətləbi, zəngin lirik-psixoloji xarakteri(yaxud: xarakterləri) canlandırmaq müəllifdən unikal müşahidə qabiliyyəti, güclü intuisiya, dilin poetik və kolorit incəliklərinə vaqif olmaq məharəti tələb edir.
Qafar Cəfərli bədii dilin koloritini, incəliklərini duyan vəbunu lirik-psixoloji obrazın nəbzinə çevirməyi bacaran yazıçıdır.
Yazıçının povest və hekayələri onun nasir kimi axtarışlarını, düşüncə fərqliliyini,insanın, bilavasitə şəxsiyyətin daxili aləminə nüfuzetmə məharətinin lirik-psixoloji səciyyəsidir. Bədii dilin təravəti, duyğu və düşüncələrin cümlələr boyu dolğun, canlı koloriti hekayələrdəki obrazların həyatiiliyinə oxucunu inandırır.
Onun üslubunda xalq təfəkkürünün müdrikliyi, canlı danışıq dilinin obrazlılığı və yazıçı intelektuallılığının harmoniyası ehtiva olunur. Müəllifin əsərlərində diqqət çəkən xüsusiyyətlərdən biri də ondan ibarətdir ki, o, həyatın, zamanın səciyyəvi cəhətləri haqqında mühakimə yürütməklə yanaşı, onun əsərlərinin qəhrəmanları təkidlə öz daxili aləminə nəzər salır, özlərinin ruhunda, əxlaqında baş verən dəyişiklikləri anlamağa çalışırlar. Önəmli məziyyət odur ki, Qafar Cəfərlinin qəhrəmanları səmimidir, duyğularını, gördüklərini olduğu kimi deyirlər, həmçinin ətraf mühitin mənəvi ab-havasını reallığı və zidiyyətləri təqdim edirlər. Bununla belə həmin əsərlərdə bədii inkişaf şəxsiyyətin mənəvi dünyası ilə məhdudlaşmır, həmişə şəxsiyyətin özündə duyduğu sarsıntılar, yaşadığı gərgin psixoloji məqamlar, öz əzablarını və sevinclərini dərk etmək cəhətləri bədii təhlilin qayəsinə, bədii ümumiləşdirmənin komponentlərinə çevrilir. Onun əsərlərində qaldırılan problemlərin zəruriliyi, reallığı, fəlsəfi-psixoloji üslub zəminindəki intensiv axtarışları çağdaş nəsrimizin maraq doğuran hadisələri sırasında nəzərə çarpır.
Müəllifin təsvirindəki realizmin gücü bir tərəfdən həyat hadisələrini dərindən müşahidə etməsində, həyat materialını gözəl bilməsindədirsə, digər tərəfdən bədii sözün qüdrəti ilə səmimi, təbii detallarla sənət müstəvisində sənətkar səriştəsi ilə canlandırmasındadır. Möhkəm süjet xətti mükahimələrin bazisinə, təməlinə çevrildiyi üçün bədii mətləb qəhrəmanın taleyində səciyyəviliyi ilə reallaşır və əsərin emosional cazibədarlığı, həm də ideya-bədii mündəricisi dolğunlaşır. Yazıçının həyatı realist boyalarla əks etdirmə bacarığı təsvir imkanlarındakı dəqiqlik və konkretlik məharəti bədii surətlərin zahiri görkəmində və lokal epizodların təsvirində də dərin maraq doğurur.
İstedadlı yazıçı Qafar Cəfərlinin əsərləri mənəviyiyyatmızı zənginləşdirən dəyərli nümunələr sırasındadır. Tanınmış yazıçının 65 illik yubileyi münasibətilə təbrik edirəm və ona yeni yaradıcılıq uğurları arzulayıram.

Ürəyin sevgiylə doludur, ustad,
Tanrı özü tutub sənin qolundan.
Sözün rahiyyəsi, ətri duyulur,
Bu böyük, işıqlı ömür yolundan.

Vətən torpağını basıb bağrına,
Həyat işığıyla dolu sözlərin.
Qələmlə qolboyun olub sənətkar,
Sənət meydanında yolu- sözlərin.

Sənindir mübarək söz meydanında,
Xəyalın köhləni,fikrin ucası.
Bəmbəyaz varaqlar tutub əlində,
Bu bahar ətirli sözün xonçası.

Əyninə yaraşır sözün köynəyi,
Qəlbindən dərdləri daha soy, ustad!
Dəmir ağactək ömür yolunda,
Yüz yaşın dizini yerə qoy, ustad!

Telli Sənəm Borçalı – Pressaz.az