TELLİ SƏNƏM BORÇALI: ŞƏHİDLƏRİN YUXUSUNA QAR YAĞIR
ŞƏHİDLƏRİN YUXUSUNA QAR YAĞIR
Yaddaşımda yenə qəfil qurd ular
Ocaq sönər, köz üşüyər, yurd ular .
Kövrəlibdi sinəmdəki duygular
Arzuların yaxasına qar yağır.
Bağlanıbdı Qazan xanın qolları
Solub ömrün cəngavərlik baharı.
Qan ağlayır Qarabağın yolları
Ümidlərim qoxusuna qar yağır…
Yağı düşmən ürəyimə vurub ox
Bu yaramın ağrıları coxdu, cox.
Qələbədən hələ xəbər – ətər yox
Şəhidlərin yuxusuna qar yağır…
*************************************
Cağlayıram bulaq kimi
Eşqdən yanan dodaq kimi .
Allanmışam yanaq kimi.
Vətənimdən aralıyam
Telli Sənəm Borçalıyam.
Şirin – şəkər baldı dilim
Çiçəkdən bal aldı dilim.
Elə sanma laldı dilim.
Sevənlərin xəyalıyam ,
Telli Sənəm Borçalıyam.
Bahar dolu, yaz doluyam
Işvə dolu, naz doluyam.
Saz ətirli, söz doluyam.
Dostlarıma vəfalıyam
Telli Sənəm Borcalıyam.
Pressaz.az