Tədqiqatçı yazar Məlahət İsmayılqızı:”GÖYÇƏYƏ GEDƏN YOLLAR QARABAĞDAN KEÇİR!”…FOTO
Prezident İlham Əliyev Kəlbəcərə səfəri çərçivəsində Basarkeçər-Kəlbəcər yolunda dayanaraq bütün Göyçə mahalının, Basarkeçər rayonunun sakinlərinin yurd və torpaq sevgisinə böyük sevgi qatan möhtəşəm çıxış etdi və bizlərin qəlbində bir ümid işığı yandırdı. Nəhayət ki, Göyçə adı, Basarkeçər adı öz yüksək mərtəbəsində dayanaraq Çox hörmətli Prezidentimiz İlham Əliyev Cənabları tərəfindən öz layiq olduğu qiyməti aldı. Əslində isə bir çox jurnalist, hətta ziyalılar belə minillik Türk torpaqlarının adını təhrif olunmuş halda səsləndirirdilər.
Prezidentimiz, özü də əbədi Prezidentimiz Göyçə, Basarkeçər, Arazdəyən, İrəvan və saymaqla qurtaran deyil, bu tarixi məkanları, toponimlər səsləndirməklə bir sıra adamlara əməllicə dərs verdi. Sizinlə qürur duyuruq, qeyrətinizə qurban. Dədəm Qorqud məskəni olan bu yerlər həmçinin öz özəlliyinə görə, öz gözəlliyinə görə Göyçək Göyçə adlanır. Dünyada gözəl məkanlar çoxdur, lakin onların GÖKCƏ dənizi yoxdur… Kim Qoca dağın başından Gökcə dənizə baxmışsa, kim o yerlərin qızıl qarışıq sularından- sərin bulaqlarından içmişsə – deməli həm xoşbəxtdir, həm də ki, bədbəxt… Xoşbəxtik çünki, Göyçə kimi müqəddəs məkanda, qutsal torpaqlarda doğulmaq əlbət ki, xoşbəxtlikdir, sonra… erməni gədalarına vətən olan Göyçə… artıq inanıram ki, GÖYÇƏYƏ GEDƏN YOLLAR QARABAĞDAN KEÇİR ! Və bu əminliyi mənə- camaatımıza Qürur mənbəyimiz İlham Əliyev Cənabları verdi! Vətənə dönmək zamanıdır…
Tədqiqatçı – yazar Məlahət İsmayılqızı