Şuşa şəhərində ilk cümə namazı qılınıb – VİDEO

Şuşa şəhərində ilk cümə namazı qılınıb.

Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Xatırladaq ki, Erməni silahlı qüvvələrinin 1992-ci il mayın 7-dən 8-nə keçən gecə Şuşaya başlayan hücumu nəticəsində mayın 8-i şəhər işğalçılar tərəfindən tutulub.

28 ildir düşmən tapdağında olan Azərbaycanın dilbər guşələrindən biri, mədəniyyət beşiyi, Xarıbülbülün vətəni, Qarabağ xanlığının tarixi paytaxtı Şuşa noyabrın 8-i işğaldan azad olunub.(oxu.az)

Görüntüləri təqdim edirik: