SOSİAL ŞƏBƏKƏLƏRDƏ MƏŞHURLARIN “YAŞAMA DƏSTƏK” ADLI VİDEOSU YAYIMLANDI -VİDEO
Pressaz.az saytının məlumatına görə bu videonu öz facebook səhifəsində psixoloq Nərgiz Süleymanlı paylaşaraq, insanları “Yaşama dəstəyə” səsləyib: “Dostlardan Maksimum Paylaşım xahiş edirəm. Sizin hər paylaşımdan bir uşağın acısı dinə bilər..
Ətrafınızda, bədənində saysız yaraları , kəpənək kimi zərif , həssas dəriyə sahib , ömür boyu çarəsiz xəstəlik adı ilə yaşamağa məhkum , heçbir sosial həyatı olmayan, yaşıdları ilə oynamağa həsrət, qaçıb əylənməkdən məhrum- uşaqlar varsa – səsimizə səs verin. Onlar epidermolizis bülloza və ixtioz xəstəsidirlər.
Onların bizi tapmasına kömək edin !!!
Əzizlərim Bu uşaqların yaraları yay aylarında daha da dözülməz hala gəlir. Acılarını az da olsa dindirmək üçün @yasama_destek birliyi Türkiyədən gətirdikləri krem və mazlarla onları təmin edəcək.. Çəkilişdə iştiraka görə Aida Nebiyeva Rauf Nabiyev Rauf Nebiyev Elgul Allahverdiyeva H Va Vafa Ali və Taleh Z. Yüzbəyov – a təşəkkür edirik!”
Pressaz.az kollektivi olaraq Bu sosial çağırışı dəstəkləyir və deyirik – “YAŞAMA DƏSTƏK” OLAQ