“Şirvanşahlar irsi dünya muzeylərində” adlı sərgi açılacaq
Oktyabrın 25-də Şirvanşahlar Sarayı Kompleksində “Şirvanşahlar irsi dünya muzeylərində” adlı sərgi açılacaq.
Pressaz.az AZƏRTAC-a istinadən xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AZƏRTAC-a bildirilib ki, sərgi oktyabrın 23-24-də keçiriləcək “Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində təşkil olunacaq.
Sərgi gələn ilin yanvarın 23-dək davam edəcək.