SAMİR HƏSRƏT : YARASI QANAYAN ÜMİDLƏRİM
YARASI QANAYAN ÜMİDLƏRİM
Bilirsən mən necə haldayam gülüm
Gecə həsrətinlə öpüşürəm mən.
Bu ağrı acını unutmaq üçün
Birtəhər həyatdan yapışıram mən.
Yoxluğun iynətək batır qəlbimə
Acısı yaman çox incidir məni.
İlahi, gecələr bitməzmi bu dərd
Bütün varlığımla sevirəm səni.
Sənin həsrətindən ruhum yorulub
Yorulmuş ruhumu gəl qoru, Allah.
Yarası qanayan ümidlərimi
Gəl özün əlinlə sən sarı, Allah.