Saleh Səbat: ” SAXLAMIŞAM”… VİDEO
SAXLAMIŞAM
Əyilən qəddim olub, əhdimi düz saxlamışam
Qoruyub andımı,hər şeydən əziz saxlamışam.
Nə əlim zülfünə dəydi,nə toxundu nəfəsim
Səni tanrım kimi qəlbimdə təmiz saxlamışam.
Keçib üzdən mənə hər etdiyin haqsız əməli
Yenə bir gün üzünə baxmağa,üz saxlamışam.
Ümidim var,yenə bir gün döyəcəksən qapımı
Sənə xoş xatirə tək,bir neçə söz saxlamışam.
Ey Səbat boş yerə dünyaya gəlib getməmişəm
Əsl eşq axtaran aşiqlərə,iz saxlamışam.
Saleh Səbat- Pressaz.az