Saleh Səbat: “Ana, ev nə soyuqdur”…FOTO VİDEO
Ana,ev nə soyuqdur…
Körpə:
Ana ev nə soyuqdur, üşüyürsən görürəm
Mənə görə yorğana bürünmüsən, bilirəm.
Atam da bu şaxtada, odun yarır küçədə
O, kişiyə rahatlıq vermir həyat gecə də.
Evdə göz-gözü görmür qaranlıqdır otaq da
Ana, məni incidir, ağlamağın yataqda…
Elə bilmə yatmışam, eşidirəm, oyaqam,
Mən artıq böyümüşəm,səkkiz aylıq uşaqam.
Ana:
Ey yeganə sevincim, ürəyimin parası,
Nə mənim atam olub, nə atanın atası.
Atılmış bir körpəni kim əzizlər evində?
İkimiz də böyüdük, kimsəsizlər evində.
Otaq olsa işıqlı, evdə yansa sobamız ,
Bəs necə böyüdərik səni, əziz balamız?
Qaz nə qədər pul yazar, yanıq qalsa sübhədək
Səninçün yemək alaq, yoxsa evi isidək?…
Atan, hər şeyim olub, kimsəm olmasa belə
Ürəyimə dəyməyib bircə dəfə o,hələ.
Özümüz-özümüzə arxa dayaq oluruq,
Gördüyün bu daxmada, kirayədə qalırıq.
Körpə:
Mənə görə qalmısız biçarə,boynu bükük
Ataya da, sənə də, yük olacam ömürlük.
Yalvarıram,qoy elə, bətnindəcə boğulum
İstəmirəm, ana can o, dünyaya doğulum…
Saleh Səbat – Pressaz.az