Şair Tarverdi Məmmədlinin “Əbədiyyətin uca məqamı” adlı yeni kitabının təqdimat mərasimi keçirildi – FOTO VİDEO

Şəhid haqqında yazı yazmaq bir qəhrəmanın həyat və döyüş yolunu sözlərlə salnaməyə çevirməkdir.
Şəhid haqqında yazı yazmaq onu yaşatmaq, adını unudulmağa qoymamaq, qəhrəmanlığını gələcək nəsillərə çatdırmaqdır.

18.11.2025-ci il tarixində Cəlilabad şəhər Mərkəzləşdirilmiş kitabxana sistemində Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Tarıverdi Məmmədli” nin, 44 günlük Vətən Müharibəsinin könüllü şəhidi Fizuli Həbibinin həyat və döyüş yolundan bəhs edən “Əbədiyyətin uca məqamı” adlı poemasının təqdimat mərasimi keçirildi.

Səmimi və gözəl şəraitdə keçən mərasimdə Fizuli Həbibinin valideynləri Nizami Həbibi və Natavan xanım Həbibi başda olmaqla, bir neçə şəhid valideynləri, qazilər, rayon ziyalıları və məktəblilər iştirak edirdilər.
Şəhidin müqəddəs ruhuna hədiyyə olunan bu mükəmməl poema Tarıverdi müəllimin sayca 9-cu kitabıdır.

Tarıverdi müəllimi bir daha təbrik edir, ona Allahdan möhkəm can sağlığı və bərəkətli ömür arzulayıram.
Allah bütün şəhidlərimizin ruhunu şad və məqamlarını daha da uca eləsin.

Şair yazar Ruhiyyə Abbaszadə –media.info.az
