Şair Solmaz Qəribel “Qərib küləklər” adlı yeni kitabı ilə oxucularının görüşünə gəlir
Pressaz.az xəbər verir ki, tezliklə həkim -şair Solmaz Qəribelin “Qərib küləklər” adlı yeni kitabı işıq üzü görəcək. Bu haqda Solmaz xanım özü Pressaz.az-ın əməkdaşlarına məlumat verib.
Daim öz dəsti-xətti ilə seçilən, şeirlərini vətən eşqi ilə yazan, ölkədən kənarda vətənini layiqincə təmsil edən savadlı həkim, gözəl ana, xeyirxah insan olan Solmaz Qəribelə Pressaz.az xəbər portalının rəhbərliyi tərəfindən xüsusi diplom təqdim edilib və “İlin Vətənpərvər Xanımı” adına layiq görülüb.
Bu münasibətlə Solmaz xanımı təbrik edir, ona həyat və yaradıcılığında daha böyük uğur və nailiyyətlər arzulayırıq.
Ramilə Atəş
Pressaz.az