Şair publisist Püstə Rəvan:”Mən olmayanda” FOTO – VİDEO

MƏN OLMAYANDA

Doğar günəş üfüqdən,
Baharın ətri gələr.
Nəsillər deyib gülər,
Çox illər gəlib keçər,
Bu dünya gözəl olar,
Mən olmayanda.

Vətənin üzü gülər,
Düzü, meşəsi gülər.
Gələr sel çaylar daşar,
Ləpələr pıçıldaşar,
Məndən sular söz açar,
Mən olmayanda.

Təbiət gözəlləşər,
Ağaclar yaşıllaşar,
Baharla qucaqlaşar,
Yada xatirəm düşər,
Mən olmayanda.

Həzin-həzin nəğmələr,
Səslənər sözlərimdən,
Yad edər doğmalarım,
Yad edər dostlar məni,
Mən olmayanda.

Coşqun xatirələrim,
Yaşadar əməllərim,
Darıxmaz misralarım,
Yad edər dostlar məni,
Mən olmayanda.

Əzizlərim, dostlarım,
Axıdar göz yaşların,
Rəhmət deyər adamlar,
Yad edər tanıyanlar,
Mən olmayanda.

Şəklim üzə gülümsər,
Danışar xatirələr,
Neçə misra, neçə söz,
Dillərdə əzbər olar,
Mən olmayanda.

Şair publisist PÜSTƏ RƏVAN