Şair publisist Püstə Rəvan:” PREZİDENTİMİZ” – FOTO
PREZİDENTİMİZ İLHAM ƏLİYEVİN DOĞUM GÜNÜNƏ HƏSR EDİRƏM.
PREZİDENTİMİZ
Kiçik məmləkətin fəxarətidir,
Çırpınan qəlbidi İLHAM ƏLİYEV.
Dahi şəxsiyyətin əmanətidir,
Siyasi xadimdir İLHAM ƏLİYEV.
Odur dəstək olan gəncliyimizə,
Uğurlar gətirən vətənimizə.
Şan-şərəf qatıbdır şöhrətimizə,
Ən böyük hamidi İLHAM ƏLİYEV.
Zamanın yolunda uğurla gedir,
Bərbad olan Qarabağı o, abad edir.
Onu dünya sevir, dünya yad edir,
Bizlərə örnəkdi İLHAM ƏLİYEV.
Yurdum əlvan geyir, laləzar geyir,
Vətənimiz xoş gülzar geyir.
Xalqım iftixarla qürurla deyir,
ILHAM ƏLİYEVDİR PREZİDENTİMİZ.
Şair publisist PÜSTƏ RƏVAN