Şair publisist Nizami Qərib:”YUXUMUN QAPISI AÇIQ OLAYDI”…VİDEO
YUXUMUN QAPISI AÇIQ OLAYDI
İllərdir yorulub qalıb yollarda,
Ovuda bilmirəm baxışlarımı.
Fələk taleyimi çəkdiyi zaman,
Qarayla rəngləyib naxışlarımı.
Bitməyir ömrümdən uzun gecələr,
Yaddır gözlərimə yuxular mənim.
Nə yaxşı bu qədər zülmət içində,
Bircə ağlığım var, saçımda dənim.
Kaş qaça biləydim kədər əlindən,
Yuxumun qapısı açıq olaydı.
Kaş ki, gizlənəydim yuxularımda,
Gözümə yaş deyil, yuxu dolaydı.
Ağrılar dağ olub, dərd təpə-təpə,
Uca zirvəsini fəth etmişəm mən.
Elə bil həyatda zülmət ömrümün,
Min illik yolunu qət etmişəm mən.
Yuxusuz gözlərim payız buludu,
Dilimdən əskilmir niyə-necələr.
İlahi, verdiyin ömür payında,
Bitmirmi bu uzun zülmət gecələr?
Nizami Qərib Media.info.az
16.06.2023.