Şair publisist Nizami Qərib: “Ramazan duası”…
RAMAZAN DUASI
Sənə əl açmışam uca Yaradan,
Bizləri şeytanın izindən qoru.
Bir üzlü düşmənlə bacarmaq olar,
Dostların ikinci üzündən qoru.
Səmada təzə ay çıxıb, deyirəm,
Gözümün yaşıyla axıb deyirəm,
Etdiyim günaha baxıb deyirəm,
Cəhənnəm odundan, közündən qoru.
Cənnətdə boy atan gülünə xatir,
Müqəddəs ayına, ilinə xatir,
Ramazan şəhidi Əlinə xatir,
İnsanı insanın özündən qoru.
Nizami Qərib.
28.03.2023.