Şair Nazim Qocamanlının “Oğurlanmış arzular” adlı kitabının təqdimat mərasimi keçirilib
Pressaz.az xəbər verir ki, şair Nazim Qocamanlının “Oğurlanmış arzular” adlı kitabı işıq üzü görüb.
Oxucuları tərəfindən “sevgi şairi” adını qazanmış Nazim Qocamanlı “Oğurlanmış arzular” adlı kitabı ilə onların görüşünə gəlib. Nazim Qocamanlının “Oğurlanmış arzular” adlı ilk şerlər kitabının təqdimatı keşirilib Təqdimat AYB üzvü şair Balayar Sadiqin səmimi və maraqlı sözləri ilə başlayıb. Şairi təbrikə onun qələm dostları və oxucuları da gəlib. Gələn qonaqlar Nazim müəllimi təbrik edib, ona uğurlar diləyib, onun şeirlərini səsləndiriblər.
İnanırıq ki, Nazim Qocamanlının bu kitabı ona uğur gətirəcək və daha çox oxucu kütləsi qazandıracaq.
Pressaz.az