Şair Muxtar Qurbanov: Yaxşıdı…

Yevlax rayonunun Qoyunbinəsi kəndində Şair Muxtar kimi tanınan Muxtar Qurban oğlu Qurbanov 1900-cü ildə dünyaya göz açıb.

Yazı-pozu bilməyən şair Muxtar şeirlərini bədahətən söyləyərmiş. Söylədiyi şeirlərin hamısı yaddaşından silinməzmiş. Onun dediyi şeirlər məclislərdə dildən-dilə gəzmiş, bu gündə toy məclislərində, müğənnilər və xanəndələr tərəfindən oxunur.

Muxtar Qurbanov 1980-ci ildə dünyasını dəyişib.

Əziz oxucular, sizə təqdim etdiyimiz bu şeirlər də şairin nəvələrinin dilindən eşitdiyimiz, yadda qalan və heç vaxt heç bir yerdə çap olunmamış şeirlərdir.

 

       YAXŞIDI

Az düşünən bir insana
Asan ölüm, gor yaxşıdı
Həm ölüyə həm diriyə
Xeyrə şərə var yaxşıdı.
Nəvə, nəticə öz yerində
Ogul, qızdan yar yaxşıdı
Kal əzgil, cır heyvadan
Yeməyə turş nar yaxşıdı
Özgə mala göz dikənə
Namus qeyrət ar yaxşıdı.
Bixələfdən, pis oguldan
Bir invalid, kor yaxşıdı
Haram tikə, yag baldansa
Yavan cörək, şor yaxşıdı
Qoy dursun nagara, qaval
Çalmaga saz, tar yaxşıdı.
Küləkli yagışdansa bir yumşaq qar yaxşıdı.
Muxtar deyər nadan sözə qulaq asma
Kec yanından kar yaxşıdı.

 

Pressaz.az