Şairə Arzu Müzəffər qızı Nuri vəfat etdi.
Şairə Arzu Müzəffər qızı Nuri bu gün vəfat edib. Ona Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə baş sağlığı veririk. Məkanı Cənnət olsun.
Arzun yarım qaldı, bacım…
Əcəl yaman vaxtsız gəldi
Acın ürəyimi dəldi.
Necə çəkim mən bu dərdi
Arzun yarım qaldı, bacım…
Qara torpaq səni aldı
Səni sevənlərdən çaldı.
Əbədi yuxuya daldın
Arzun yarım qaldı, bacım.
Şeirinlə üsyan etdin
Qəlb evində yanıb bitdin…
Bizi bizdən alıb getdin
Arzun yarım qaldı, bacım…
Könül Səssiz