Səfir təhsil aldığı məktəbə gəldi – FOTOLAR
İlk olaraq çıxış edən məktəbin direktoru Tünzalə Zeynalova şagirdlərə Məmməd Talıbov haqqında məlumat verib və cənab səfirin gərgin qrafikinə baxmayaraq doğma məktəbində şagirdlərlə görüşə vaxt ayırdığı üçün təşəkkürünü bildirib.
Görüşdə çıxış edən Məmməd Talıbov keçdiyi həyat yolundan, təcrübəsindən , məktəb illərinin yadda qalan xatirələrindən ,uğurun sirri, hədəfə doğru getdiyin yolda məqsədindən dönməmək kimi əhəmiyyətli tövsiyələr və mesajlar verib.
Daha sonra şagirdlərin qonağa ünvanladıqları suallara əhatəli şəkildə cavablandıraraq dəyərli məsləhətlərini verib.
Görüşdən hər kəs xoş təəssüratlarla ayrılıb.
Sonda xatirə şəkli çəkilib.