Ruslan Mustafayev: “İlk müəllimim”… FOTO

        “İlk müəllimim”
(İbtidai sinif müəllimimiz Gülnaz müəllimin 70 yaşının tamam olması münasibətilə)

Ey ömür yolumun ilk bələdçisi,
Ey mənim bağbanım, ey mənim anam.
Mən sənin sayəndə qol-qanad açdım.
Mən sənin gülünəm, həm də balanam.

Necə təbrik edim doğum gününü?
Bu ki düşməz mənə, çox utanıram…
Düzü, istəmirəm sən qocalasan…
Mən səni əbədi varlıq sanıram…

İndi yetmiş yaşın tamam olurmuş.
Biz hələ təpəyik, sən uca dağsan.
Nəinki səksən il, nəinki yüz il…
Sən hələ min il də yaşayacaqsan.

Dünyanın ən xoşbəxt insanıyam mən
Sənə şagird olmaq bəxtimə düşdü…
İndi o dörd ili necə qaytaraq?
Çox heyif, o illər nə tez ötüşdü…

Biz Sənin sayəndə bu gün var olduq
Vicdanın tərtəmiz. adın tərtəmiz…
Hərəmiz bir bina, bir hasar olduq.
Əlinlə quruldu ilk bünövrəmiz…

Sən demə, o dərslər adi dərs deyil,
Sən həyat dərsini öyrətdin bizə.
Müəllim olsam da, mən bu gün, yenə –
Şagirdəm, şagirdəm, şagirdəm Sizə!!!


Ruslan Mustafayev