Rusiyada zavodda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 4-ə çatıb

Rusiyanın Leninqrad vilayətində yerləşən “Avanqard” zavodunda dünən baş vermiş partlayış nəticəsində ölənlərin sayı artıb.

Pressaz.az  atatv.az-a istinadən bildirir ki, Virtualaz.org xəbər verir ki, partlayış nəticəsində yaranmış dağıntıların 80%-i yığışdırılıb. Hadisə yerində iş davam etdirilir.

Rusiya FHN-in məlumatına görə, son dəqiqləşdirmələrə əsasən, partlayış nəticəsində 11 nəfər xəsarət alıb, onlardan 4 nəfəri həlak olub. Yerdə qalan yeddi nəfərdən ikisi xəstəxanada müalicə edilir.