Rövşən Budaq – Yeni şeirlər – VİDEO

 

        Tarix yazanlar

Bitdi qum saatı Qarabağımda,
Dalğalandı qürurla bayrağımız.
Dəli nərə çəkdi Murovdağımda
Koroğlu ürəkli oğullarımız.

Atıldı döyüşə Şanlı Ordumuz,
Sındırdılar otuz illik tilsimi.
Bir vaxt qolu bağlı qalan qurdumuz
Qalib oldu qırx dörd günə şir kimi.

Dünyanı fəth edən Fateh Komandan
Zəfər yürüşündə Qələbə çaldı.
Çəkildi Şuşanın başından duman,
Tarix yazanlarım tarixdə qaldı.

O uca Allahım yol açdı bizə,
Üz tutduq uğurlu, Şanlı Zəfərə,
Pay etdi nurundan millətimizə,
Ruh verdi hər kəsə, hər bir nəfərə.

Haqqın, ədalətin əlindən tutub,
Dayaq oldu bizə sultan dədəmiz.
Bilgə Xaqan kimi haraya çatıb,
Doğru yol göstərdi Xan sərkərdəmiz.

Qovdu iti qovan “Bayraqdarımız”
Xain düşmənləri torpağımızdan.
Şığıdı yenilməz qartallarımız,
Od vurdu yağıya yarağımızdan.

Ya Qazi, ya şəhid, haqdan doğulduq,
Yazıldıq tarixin daş yaddaşına.
Qarabağ uğrunda Qəhrəman olduq,
Döndük Yurdumuzun Vətən daşına,
Can Azərbaycanın Vətəndaşına.

 

Qarabağ Azərbaycandı!

Haydı cəsur ordumuz,
Yenilməz Bozqurdumuz,
Azad et yurdumuzu
Vəd olunmuş zamandı.

Yetişdi savaş anı,
Yıx gecəni, sök danı,
Vur qılıncı, tök qanı
Yağı əfi-ilandı.

Bir vaxt sözü şər dedi,
Hay, qan içdi, can yedi,
Dünya Xocalı idi,
Namərdlər onu dandı.

Bu dağ, aran bizimdi,
Dərə-divan bizimdi,
Axı erməni kimdi?,
Dünya bizi tanıdı.

Haqq yolumdu bu dava,
Yağnı qova-qova,
Cəbrayıla, Murova
Zəfər bayrağın, sancdın.

Vur iqidim, qana-qan,
Sənindi Böyük Turan,
Qarabağ Azərbaycan!,
Dünya Azərbaycandı!.

 

       Qələbə marşı

Ey igid döyüşçü, ey məğrur əsgər,
Hazır ol döyüşə, haqq səni istər,
Sıyır qılıncını igidlik göstər,
Əsir torpaqları al Qarabağda.

Sülh üçün verilən vədlər oyuncaq,
Səbrimiz tükəndi, səbr olmaz bunca,
Qov Murov boyunca, Tərtər boyunca,
Düşməni atından sal Qarabağda.

Qudurub it kimi yağı daha da,
Qarabağ çağırır bizi çihada,
Nişan al diğanı tut qanlı oda,
Yenilməz əsgərtək qal Qarabağda.

Bəşər aləmini bürüyüb bəla,
“Hər gün Aşuradı, hər yer Kərbəla,”
Qoy sənə yar olsun Allah-Təala,
Yurdunun sahibi ol Qarabağda.

Azad et hər dağı, hər bir daşı da,
Axan gur çayları, uçan quşu da,
Vətən bayrağını uclat Şuşada,
Qələbə marşını çal Qarabağda.

Rövşən Budaq -Pressaz.az