Rövşən Budaq: “Canımız yanır”… FOTO
CANIMIZ YANIR
Qanı qanım, canım canından olan
Ya Rəbb, Böyük Turan anamız yanır.
Can verməz iblisin şər atəşinə,
Türkiyəm, od tutub, canımız yanır.
Xain kafirlərin xəbis niyyəti
Yaxdı ormanları, yıxdı köyləri.
Mənfur düşmənlərin rəzil “beyəti”
Tüstüyə bürüdü uca göyləri.
Qaynadıb fələyin qır qazanında,
Oyun oynadılar, şeytan oyunu.
Biz hər an dəstəyik qardaş yanında,
Biz qurduq, olmarıq “qurban qoyunu”.
Yenə də döyüşdə Turan Ordumuz,
Yenə də zirvədə zəfər bayrağım.
Qələbə bizimdi, qalib yurdumuz-
Yağını məhv edib, kəsək ayağın.
Bizi yandıranlar günah içində,
Cəhənnəm odunda külə dönəcək.
Bu canlı aləmi yaxan itin də,
Dirəyi yıxılıb, şamı sönəcək.
Rövşən Budaq