Respublika Klinik Xəstəxanasında xəstə qəbulu dayandırıldı – RƏSMİ AÇIQLAMA
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva “Qafqazinfo” ilə əlaqə saxlayaraq, Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında yeni xəstə qəbulunun dayandırıldığını bildirib.
“Xəstəxanada yeni qəbul qaydaları müəyyənləşdirilir. Bu səbəbdən tibb müəssisəsi 1 həftə yeni xəstə qəbul etməyəcək. Eyni zamanda, həmin müddətdə orada profilaktika məqsədi ilə dezinfeksiya işləri aparılacaq. Xəstəxanada olan pasiyentlərin müalicəsi əvvəlki qaydada davam etdiriləcək”, – R.Əliyeva deyib.
Mənbə: xezerxeber.az