RAMİLƏ ATƏŞİN SÖZ DÜNYASINDAN şeirlər…

    NARIN YAĞIŞ

Çoxdandır yağmırsan,
narın yağışım,
Ay könül sirdaşım,
narın yağışım.
Qəlbim yene dolub,
sözlə-söhbətlə,
Sən yağ ki səninlə
danışa bilim.
Ay mənim sirdaşım,
narın yağışım.
Sən yağan zamanda,
dincəlir ruhum,
Sanki gerçəkləşir,
gördüyüm yuxum.
Ruhumu oxşayır,
zərif damlalar.
Ay könül sirdaşım,
narın yağışım.
Torpaqda canlanır,
çiçəklər açır.
Zərif çiçək üstə,
kəpənək uçur,
Yağışın ətrilə,
sevinir qəlblər.
Ay mənim sirdaşım,
narın yağışım,
Çoxdandır yağmırsan,
darıxıram men.

 

         SELƏ DÖNƏN YAĞIŞIM
Narın yağışım da selə dönərmiş,
O da qəzəblənib coşa bilərmiş,
Nədən qəzəblisən,selə dönmüsən,
Yoxsa mənim qədər səndə qəmlisən.

Narın damlaların indi daş olub,
Mənim baxışlarım qəmli,yaş olub.
Sən selə dönmüsən,üsyan edirsən,
Mənimdə qəlbimi viran edirsən.

Çox belə qəzəbli yağma, yağışım,
Axı sən olmusan mənim sirdaşım.
Sakitləş,astaca,yağ narın-narın,
Sevgimi sellərlə yuyub aparma,
Məni sevgilimdən zorla qoparma.

 

Pressaz.az