RAMİLƏ ATƏŞ: YURDUMUN CƏFAKEŞ OĞLU
YURDUMUN CƏFAKEŞ OĞLU
Yaşa Azərbaycan, yaşa bəxtiyar,
Ölkələr içində bəxtiyar diyar.
İgid, mərd oğullar səni qoruyur,
Xalq, Vətən, qəhrəman oğlun tanıyır.
Aqibət adını eşidib ellər,
Ona nəğmə deyir bu azad ellər.
Cənnət torpağımı çiçəklər bəzər,
Onun məharəti dillərdə gəzər.
Sözə qiymət verər, sənətə önəm,
Nə qədər həyat var çalışaq gərək.
Bir millət olaraq birləşək gərək,
Doğma Qarabağda birlikdə gülək.
Elimdən danışar, sənətdən deyər,
Aqibət qardaşım namərdi əyər.
O, duza- çörəyə çox önəm verər,
Azad, doğma yurdum, Vətənim deyər.
Azəri yurdumun cəfakeş oğlu,
Adına bir şeir yazdım, biləsən.
O qədər məğrursan, o qədər safsan
Bu saflıq içində yanan bir şamsan.
Aqibət qardaşım, gəl, mənə inan,
O qəlbi xəbisdi, şaxtada donan,
Xeyirxah əməllər yaddaşda qalar,
Sənin də mükafatın Tanrıdan olar!
Pressaz.az