RAMİLƏ ATƏŞ: YENİDƏN DÜNYAYA GƏLDİM
Yenidən dünyaya gəldim
Hərdən od-alova çevrilirəm mən
Yandırıb yaxıram ətrafımı mən.
Sevənlər mərd çıxır, alovda yanmır
Namərdlər tez qaçır, artıq dayanmır.
Bir vaxt çox sakitdim, səssiz-səmirsiz
Sakit dənizlərdə bir saf su idim.
Haqsızlıq, xəyanət məni dəyişdi
Xeyir şərə qarşı mənlə döyüşdü.
Atəşim yandırdı, düşməni əzdi
Içindən əritdi, qəddini əydi.
Atəşlə alışdım, yandım, bərkidim
Ramilə Atəştək, yenidən dünyaya gəldim.