Ramilə Atəş: “Yazıq millətim”…
YAZIQ MİLLƏTİM
Yazıq millətimə, yazıq deyirəm,
Məni qınamasın eşidən, bilən.
Köləyə dönmüşük, susub, dururuq,
Qaniçən önündə boyun bururuq.
Hanı qürururumuz, kim qırdı bizi?!
Getdi torpağımız, sarsıtdı bizi.
Şəhidlər önündə dilimiz qısa,
İlhamla-Fərizə məzarda qoşa.
Haqqımız tapdandı, susub dinmədik,
Namus əldən getdi, yenə dinmədik.
Düşmən qanlar tökdü, dedik görmədik.
Kor olsun o gözlər, elə görməsin,
Yazıq millətimə, yazıq deyirəm.
Bir tikə çörəyə möhtacıq evdə,
İcra məmurları qarnı tox, kefdə.
Yaşayır, kef çəkir, dünya onların
Yeyib, şişirtsinlər, qoy qarınların,
Yazıq millətimə, yazıq deyirəm.
Çörəyə həsrətdi, suyu qurudu,
Düşməndən torpağı kasıb qorudu.
Tökülən yenə də kasıb qanıdı,
Yazıq millətimə, yazıq deyirəm.
Pressaz.az