RAMİLƏ ATƏŞ: XINALI GƏLİN

 

               Xınalı gəlin
Bu gün köç edirsən ər ocağına
Əlləri xınalı, xınalı gəlin.
Cehizin məhəbbət, eşq, sevgi olsun,
Əlləri xınalı, xınalı gəlin.

Getdiyin ocaqda xoş gün görəsən,
Düşdüyün ocağın barın dərəsən,
Sevdiyin insanla xoş gün sürəsən,
Əlləri xınalı, xınalı gəlin.

Qaynana,Qaynata qulluğunda dur,
Baldıza bacı ol, xınalı gəlin,
Ağ günə çıxarsan şirin dil olsan,
Əlləri xınalı, xınalı gəlin.

Qaynını qardaşla bərabər tutsan,
Dilinə qənd, şəkər, bir az bal qatsan,
Yerin şirin olar xınalı gəlin,
Əlləri xınalı, xınalı gəlin.