Ramilə Atəş: “VƏTƏNƏ ŞƏHİDLƏR BÖYÜDƏN QADIN!”
VƏTƏNƏ ŞƏHİDLƏR BÖYÜDƏN QADIN!
Şəhid şam kimidir, yanır, nur saçır,
Onun şöləsindən zülmətlər qaçır.
Şəhidlər can verir, torpaq uğruna,
Analar qurbandır, igid oğluna.
Ucadan ucadır, adın, şöhrətin,
Silinməz iz salıb, namus-qeyrətin.
Hər qarış torpaqda sənin surətin,
Vətənə şəhidlər böyüdən qadın!
Başını dik saxla, əyilmə, ana!
İgidlər gətirdin, sən bu dünyaya.
Səsimiz yayılsın bütün cahana,
Canımız qurbandır Azərbaycana!
Qana-qan, cana-can, qisas günüdür,
İgidlər, cəsarət, hünər günüdür.
Düşmənə aman yox, cana doymuşuq,
Düz otuz ildir ki, şəhid olmuşuq!
Artıq zamanıdır, qalx, Azərbaycan!
Qarabağ sənindir, sənindir axı.
Çox qanlar töküldü, çox qanlar axdı,
Çatıbdır düşməndən qurtulmaq vaxtı.
Qarabağ torpağı sənsiz inləyir,
Kafirlər Şuşamda gəzir, dinlənir.
Artıq dözə bilmir, torpaq dillənir,
Haydı igidlərim, ər oğullarım!
Silaha sarıl gəl, qalx, Azərbaycan!
Pressaz.az